Haqqımızda

Tariximiz

“Nati Biskvit və Şokolad Fabriki” MMC

2010-cu ildə “Ləzzət Biskvit və Şokolad Fabriki” MMC fəaliyyətə başlamışdır.

“Ləzzət Biskvit və Şokolad Fabriki” MMC-də dünya standartlarına cavab verən, gündəlik istehsal gücü 20 ton olan 30 qramdan 5 kq-dək qablaşmada məhsul istehsal edə bilən vafli istehsalı xətti və 10 ton istehsal gücü olan 20 qramdan 5 kq-dək qablaşmada məhsul istehsal edə bilən peçenye və qurabiyə istehsalı xətti quraşdırılmışdır. Fabrikdə vafli, keks, biskvit və digər qənnadı məmulatları istehsal olunur.

2011-ci ildən müəssisədə “NATİ” markası ilə vafli, 2013-cü ildən isə “NATİ” markası ilə peçenye və qurabiyə istehsal edilir. Gündən – günə inkişaf edən müəssisədə 50 – dən çox ad və çeşitdə vafli, peçenye, qurabiyə məhsulları istehsal edilir. 2019-cu ildən etibarən istehsalımızı genişləndirilərək “Lay-lay”, “Amasi”, “Çayka”, “Zarya”, “Cinbalam”, “NATİ kremli peçenye” və “Olley” adları altında, müxtəlif qramajlarda şirniyyat məhsulları istehsal edirik.

İstehsal etdiyimiz məhsulları daxili bazara satmaqla yanaşı, bir çox xarici dövlətlərə – Rusiya, Gürcüstan, Türkmənistan, İraq, Yəmən, Oman, Əfqanıstan və digər ölkələrə ixrac edirik.

“Ləzzət Biskivit və Şokalad Fabriki” MMC İSO 9001:2015 və 22000:2005 Beynəlxalq sertifikatlarına malikdir.

Dəyərlərimiz

Dürüstlük və Etika

Biz müştərilərimizə düzgün şəkildə xidmət göstərə bilmək üçün hər zaman dürüstük və güclü mənəvi prinsiplərə sahibik.

Cavabdehlik

Biz hər zaman işimizi yüksək məsuliyyət hissi ilə görürük və hər zaman gördüyümüz işlərə cavabdehlik daşıyırıq.

Hörmət

Biz işdə əhval-ruhiyyənin ən yüksək səviyyədə olması üçün hər zaman bir-birimizə hörmətlə yanaşırıq.

Yenilikçilik

Biz istehlakçılarımızın daima yeni məhsullarla təmin olunması üçün istehsal prosesində hər zaman yeni üsullardan istifadə edirik.

Daima irəliyə getmək

Biz daima böyümək, yeni bazarlara açılmaq və istehsal etdiyimiz məhsul çeşidlərini artırmaq üçün hər zaman işimizi ən yüksək səviyyədə görürük.

Məqsəd və Missiyamız

Məqsədimiz

İstehlakçılarımıza müxtəlif və geniş çeşidlərdə keyfiyyətli məhsullar təqdim etmək, eyni zamanda ən yaxşı partnyorlarla işləyərək yaxın gələcəkdə regionun və ölkəmizin qabaqcıl şirkətlərindən biri olmaq.

Missiyamız

İnsanlara xoşbəxtlik verən məhsullar təqdim edərək, yalnız bazar payımızı deyil, ürəklərdəki sevgi payımızı da artırmaq.

Uğurlarımız

Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində keçirilən “Prodexpo 2019” 26 – cı beynəlxalq sərgidə “Nati” məhsulu olan “Lay – lay” vaflisi “ən yaxşı məhsul - 2019” nominasiyası üzrə qızıl medalla mükfatlandırılıb.

Sertifikatlarımız

Keyfiyyət menecmenti
Qida təhlükəsizliyi