HAQQIMIZDA

  • Gallery Image 1
  • Gallery Image 2
  • Gallery Image 3
  • Gallery Image 4
  • Gallery Image 5
  • Gallery Image 6

“Ləzzət  Biskvit və Şokolad Fabriki” MMC  haqqında

“Ləzzət Biskvit və Şokolad Fabriki” MMC  2010-cu ildə fəaliyyətə başlamışdır.
“Ləzzət Biskvit və Şokolad Fabriki” MMC-də dünya  standartlarına cavab verən müasir avadanlıqlar quraşdırılmışdır. Fabrikdə  vafli, kek, biskvit və digər şirniyyat məhsulları istehsal olunur.

“Ləzzət Biskvit və Şokolad Fabriki” MMC-nin yaradılmasında əsas məqsəd  “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı ”Dövlət  Proqramında yerinə yetirilməsi nəzərdə tutulmuş ixrac yönümlü və idxalı əvəz edəcək məhsul istehsalının stimullaşdırılması, yeni iş yerlərinin açılması və əhalinin maddi rifah halının yaxşılaşdırılması məqsədi ilə görüləcək tədbirlərə qoşularaq  istehlakçıların artan tələblərinin qarşılanması olmuşdur.

İstehlakçılara təqdim olunan qənnadı məhsulları ən müasir texnologiyalara uyğun olaraq hazırlanır. Məhsullarımızın istehsalı zamanı yüksək istehsal gücünə malik müasir avadanlıqlardan istifadə olunması, istehsal texnologiyalarına dəqiq riayət olunması, ancaq yüksək keyfiyyətli xammal və materiallardan istifadə olunması  “Ləzzət Biskvit və Şokolad Fabriki” MMC-nin  məhsullarının alıcılar tərəfindən rəğbətlə qarşılanmasının əsas səbəblərindəndir.

İstehsalın bütün mərhələlərində buraxılan məhsulların keyfiyyətinə nəzarət olunur.
Hər bir xammal və hazır məhsul partiyası ən yeni avadanlıqlarla təchiz olunmuş laborotoriyalarda əsaslı yoxlamalardan keçirilir.
Müəssisənin marketinq siyasətinin əsasını yüksək keyfiyyət və münasib qiymətin uzlaşdırılması təşkil edir.

İstehsalın texniki səviyyəsinin yüksəldilməsi, xammal mənbələrinin diqqətlə seçilməsi, istehsal proseslərinin idarə olunmasının və texnologiyaların təkmilləşdirilməsi, çeşid müxtəlifliyinin optimallaşdırılması hesabına istehsal olunan məhsulların rəqabət qabiliyyətinin yüksəldilməsi müəssisə rəhbərliyinin daim diqqət mərkəzində olan məsələdir.
Bütün bunlara görədir ki, “Ləzzət Biskvit və Şokolad Fabriki” MMC yarandığı gündən istehsal etdiyi məhsullarla alıcıların rəğbətini qazanmışdır.
Müəssisə əldə etdiyi naliyyətlərlə kifayətlənməyərək daima unikal reseptura və yeni məhsul növlərinin hazırlanması üzərində çalışır.
İstehlakçıların maraqlarının təmini müəssisə üçün mütləq prioritetdir.